Bakıdakı partlayışın təqsirkarlarını nə gözləyir? - Vəkildən AÇIQLAMA

Bakıdakı partlayışın təqsirkarlarını nə gözləyir? - Vəkildən AÇIQLAMA

Hazırda oxunan: Bakıdakı partlayışın təqsirkarlarını nə gözləyir? - Vəkildən AÇIQLAMA

68149

Aprelin 3-də paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” adlı gecə klubunda partlayışa görə 3 nəfər həbs olunub.

Onların daha sonrakı aqibəti isə hər kəs üçün müəmmalıdır. Vəkil Fariz Namazlı Bizim.Media-ya açıqlamasında baş verəcək prosedurlar haqqında məlumat verib.

Onun sözlərinə görə, ilkin olaraq hadisə düzgün şəkildə araşdırılmalıdır:

“İlkin olaraq hadisə ərazisində araşdırılma aparılmalıdır. Müvafiq tibbi-ekspertizalar təyin olunaraq partlayışın səbəbləri müəyyən olunmalıdır. Qaz sızması ilə bağlıdırsa buna səbəb nə olub? Həmin qaz qanunsuz şəkildə qoşulubsa təqsirkar şəxslər müəyyən olunaraq barələrində cəza tədbirləri görülməlidir. Cinayət Məcəlləsinin 225.2-ci maddənin tələblərinə görə, təqsirkar şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər. Ölüm sayı 2 və daha çox olarsa, müddət 5 ildən 10 ilə qədər qaldırıla bilər”. 
 

MÖVZU İLƏ BAĞLI:

Gecə klubundakı partlayışa görə 3 nəfər həbs edildi - RƏSMİ AÇIQLAMA


Az öncə təqsirkar bilinən, restoranı icarəyə götürən Rəsul Rəsulovun verilən qərarla bağlı Apelyasiya məhkəməsinə şikayət etdiyi haqqında məlumatlar yayılıb.

Onun 3-cü dərəcəli əlil və himayəsində xəstə anasının olması da ortaya çıxıb. Vəkilin sözlərinə görə, bu halda qərara yenidən baxıla bilər:

“Apelyasiyaya şikayət etməsinə əsas səbəb haqqında qəti həbs cəzanın kəsilməsi ilə bağlı ola bilər. Yəgin ki, təqsirsiz olduğunu ya da haqqında qəti həbs qərarının verilməsinə etiraz edərək, haqqında başqa tədbirlərin görülməsini istəyir. Təbii ki, şikayət əsasında şəxsin ailə vəziyyəti, sağlamlığı da nəzərə alınır. Əgər dedikləri doğru olarsa, haqqında seçilmiş həbs qəti imkan tədbiri ləğv oluna bilər”, - deyə qeyd edən vəkil bildirib ki, bu halda qərara yenidən baxıla bilər.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO