İkinci ali təhsil almaq istəyənlərə ŞAD XƏBƏR: “Şəffaflıq tam təmin olunacaq” - AÇIQLAMA

İkinci ali təhsil almaq istəyənlərə ŞAD XƏBƏR: “Şəffaflıq tam təmin olunacaq” - AÇIQLAMA

Hazırda oxunan: İkinci ali təhsil almaq istəyənlərə ŞAD XƏBƏR: “Şəffaflıq tam təmin olunacaq” - AÇIQLAMA

68112

Ölkə üzrə əhatəli antikorrupsiya tədris modulu hazırlanacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planından nəzərdə tutulub.

Müvafiq istiqamətdə əsas icraçı isə Təhsil Nazirliyidir. Həmçinin Baş Prokurorluq, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya əlavə icraçı olaraq tövsiyə edilir.

Bəs yeni plan hansı müsbət dəyişikliklərə səbəb olacaq?
 

MÖVZU İLƏ BAĞLI:

Xaricdə doktorantura təhsili almaq istəyənlərin NƏZƏRİNƏ - Müddət uzadıldı 


Sualımızı təhsil eksperti Kamran Əsədov cavablayıb. Onun sözlərinə görə, milli strategiyanın qəbul edilməsi təhsil sahəsində baş verən neqativ halları aradan qaldırmaqda yardımçı olacaq:

“İlk növbədə qeyd edim ki, milli strategiyanın qəbul edilməsi kifayət qədər müsbət addımdır. Azərbaycanda son illər ərzində təhsil sahəsində ciddi şəkildə islahatlar həyata keçirilsə də, şəffaflıq təmin edilsə də yenə də neqativ hallar var. Xüsusilə də 2-ci(əlavə) təhsillə bağlı ciddi şəkildə pozuntular müşahidə edilir. Bu məhz milli strategiyada əsas səbəblərdən biri də qəbul prosesinə şəffaflığın gətirilməsidir. Məlumdur ki, 1992-ci ildən 2016-cı ilə qədər TQDK, 2016-cı ildən bu günə qədər isə DİM ölkədə obyektiv və şəffaf imtahanlar keçirir. Lakin əlavə təhsildə bu proses icra olunmur, xüsusilə hüquq və digər prestijli ixtisaslar üzrə ali təhsil prosesində ciddi şəkildə pozuntuları müşahidə edirik. Məhz milli strategiyada da əlavə təhsildə şəffaflığın artırılması qeyd olunur”. 

Ekspert həmçinin bir neçə sahədə aparılacaq dəyişiklikləri də qeyd edərək şəffaflığın tam şəkildə təmin olacağını bildirib:
 

“Hesab edirəm ki, bu istiqamətdə görüləcək işlərin əsasında artıq əlavə 2-ci təhsildə də qəbul prosesi şəffaf şəkildə həyata keçiriləcək. Bundan başqa təhsil müəssisələrinə qəbul qaydalarının formatında da dəyişikliyə ehtiyacı var.


Şagirdlər 2 dəfə imtahan verdiyi üçün onlar əlavə stress keçirirlər. Bu Sərəncam düşünürəm ki, təhsil sistemində çox müsbət bir dəyişikliklərə səbəb olacaq. Korrupsiyanın təhsil sistemindən tamamilə aradan qalxmasına, şəffaflığın təmin olunmasına kömək edəcək”.

Xatırladaq ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO