Cins nisbətinin pozulmasına görə Azərbaycan dünyada ikinci yerdədir

Cins nisbətinin pozulmasına görə Azərbaycan dünyada ikinci yerdədir

Hazırda oxunan: Cins nisbətinin pozulmasına görə Azərbaycan dünyada ikinci yerdədir

6783

“Demoqrafik təhlillər göstərir ki, doğulan uşaqların cins nisbəti (hər 100 qız uşağına düşən oğlan uşaqlarının sayı) bioloji normaya uyğun olaraq 105-107 təşkil edir. Azərbaycanda diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda bu nisbət hər 100 qız uşağına 114 oğlan uşağıdır”.

Bizim.Media-nın məlumatına görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasında ilk dəfə təqdim ediləcək “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Sənəddə qeyd edilir ki, cins nisbətinin pozulmasına görə Azərbaycan dünyada ikinci yerdə qərarlaşıb:

“Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Əhalinin siyahıyaalınmalarının məlumatlarına əsasən, 1989-cu ildə hər 1000 kişiyə 1051 qadın, 1999-cu ildə 1048, 2019-cu ildə 1021 qadın düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO