Aparıcı Sərxan Kərəmoğlu aparıcıları tənqid edib.
Bizim.Media xəbər verir ki, o, "MTV Azərbaycan" a açıqlamasında bir çox aparıcını və müğənninini bəyənmədiyini deyib:
"Səhnədə mədəniyyət yoxdur. Oxuyan var, oxumağı tutub, amma səs o deyil. Səhnənin mədəniyyəti başqadır. Oxuyan var baxırsan səhnədə şalvarı ütülənməyib, dırnağın kiri görünür, pencək qırış-qırışdı.
Bunu kişilik bilirlər. Kişilik toyda oynayan xanıma, kiminsə anasına, bacısına baxmaq, murdarçılıq, natəmizlik, siqaret iyi gəlmək deyil. Səhnədə, televiziyada tanınanları unudublar. Tamaşaçının qiymətləndirmə qabiliyyəti yoxdur.
Ərindən, arvadından boşanan, bir adam tapan veriliş açır. Danışanların özü də savadlı deyil. Vüsalə Əlizadənin aparıcılığı 40-cı ildə qalıb. Əsl aparıcı sözünü deyə bilmir. Vüsalənin xanımlığını sevirəm.
Amma 25 il əvvəl nə danışıbsa, indi də onu deyir. Elə bil qonaq bir söz deyir, o isə başqa məsələdən danışır. Biri var böyük, biri də kiçik kütlənin aparıcısı. İndi tərsinə olub, bunun da sonu qeyri-peşəkarlıq olub.
Zaur Kamal isə "Hozu"dur. Bizim aparıcılarımız var ki, danışanda elə bil hinduşka qukkuldayır.
Zaur onların yanında yaxşıdır.
Afaq Gəncəlinin hər şeyi uyğun gəlir. Amma iki saat veriliş aparmağı uyğun gəlmir.
Zümrüd Bədəlova isə elə bil qazlı suyun içinə dərrman atırsan fışkırır. Səs tonu uyğun gəlmir, amma yaxşıdır. Mikrofona aparıcının səsi düşməlidir, onun düşmür".
Sərxan Nanə Ağamalıyevaya təriflər yağdırıb. O, Mətanət Əliverdiyevanı isə məktəb adlandırıb.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
19:19 / 03.04.2022
"Vüsalə elə bil 25 il əvvəldə qalıb" - Aparıcıları tənqid etdi
Hazırda oxunan: "Vüsalə elə bil 25 il əvvəldə qalıb" - Aparıcıları tənqid etdi
Hazırda oxunan: "Vüsalə elə bil 25 il əvvəldə qalıb" - Aparıcıları tənqid etdi
67786
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.