Azərbaycanın daha 5 cüdoçusu Antalyada mübarizəyə qoşulacaq

Azərbaycanın daha 5 cüdoçusu Antalyada mübarizəyə qoşulacaq

Hazırda oxunan: Azərbaycanın daha 5 cüdoçusu Antalyada mübarizəyə qoşulacaq

67728

Azərbaycanın daha 5 cüdoçusu bu gün Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində çıxış edən Rüfət İsmayılov 1/32 final mərhələsində Qeorqi Qramatikovla (Bolqaristan) üz-üzə gələcək.

100 kq-da yarışan Elmar Qasımov 1/32 finalda Qriqori Minaskinlə (Estoniya), Zelim Kotsoyev 1/16 finalda Nulixan Şarxan (Qazaxıstan) - Mert Şişmanlar (Türkiyə) cütünün qalibi ilə görüşəcək.

100 kq-dan yuxarı çəkidə yer alan İmran Yusifov 1/16 finalda Marius Fizellə (Slovakiya), Uşangi Kokauri isə eyni raundda Mirça Kroytoru (Rumıniya) - Lorenzo Aqro Silvayn (İtaliya) cütünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, əvvəlki yarış günlərində tatamiyə çıxmış Azərbaycanın 12 cüdoçusu medal qazana bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO