Daha 2 güləşçimizin medal görüşlərindəki rəqibləri bəlli oldu

Daha 2 güləşçimizin medal görüşlərindəki rəqibləri bəlli oldu

Hazırda oxunan: Daha 2 güləşçimizin medal görüşlərindəki rəqibləri bəlli oldu

67648

Azərbaycanın yunan-Roma güləşçiləri İslam Abbasov və Beka Kandelakinin bürünc medal görüşlərindəki rəqibləri bəlli olub. 

Bizim.Media xəbər verir ki, 87 kq-da çıxış edən Abbasov 3-cü yer uğrunda qarşılaşmada Yohan Danielov Dimitrov (Bolqarıstan) ilə qarşılaşacaq.

130 kq çəki dərəcəsindəki Kandelaki isə Dariuş Attila Viteklə (Macarıstan) münasibətlərinə aydınlıq gətirəcək. 

77 kq-da yarışan Sənan Süleymanov isə təsəlliverici görüşdə Mantas Kazimieras Sinkeviçius (Litva) ilə qüvvəsini sınayacaq. 

Yarış aprelin 3-də başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO