"Qarabağ" növbəti matçına çıxır - İlk gündə 2 oyun

Hazırda oxunan: "Qarabağ" növbəti matçına çıxır - İlk gündə 2 oyun

67592

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək. 

Turun açılış matçında "Qarabağ" "Azersun Arena"da "Səbail"i qəbul edəcək.  

Günün digər matçında Sumqayıtdakı "Kapital Bank Arena"da yerli komanda ilə "Sabah" arasında olacaq.  

Bu, həm də Premyer Liqadakı iki əcnəbi baş məşqçi - Aleysey Baqa və Murad Musayevin ilk görüşü olacaq. 

Saat 16:00-da baş tutacaq "Qarabağ" – "Səbail" matçına Rəşad Əhmədov hakimlik edəcək. 18:15-də keçiriləcək “Sumqayıt” – “Sabah” qarşılaşması isə Kamal Umudlunun hakimliyi ilə baş tutacaq.

Qeyd edək ki, tura aprelin 3-də keçiriləcək "Qəbələ" - "Keşlə" və "Neftçi" - "Zirə" matçları ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO