Topçu Vüsal haqqında xoşagəlməz rəy yazan direktor cəzalandırıldı

Topçu Vüsal haqqında xoşagəlməz rəy yazan direktor cəzalandırıldı

Hazırda oxunan: Topçu Vüsal haqqında xoşagəlməz rəy yazan direktor cəzalandırıldı

6753

Vətən müharibəsinin qəhrəmanlarından olan Topçu Vüsal kimi tanınan 19 yaşlı əsgər Vüsal Şahkərimovun sosial şəbəkələrdə şəklinin altına xoşagəlməz rəy yazan məktəb direktoru cəzalandırılıb.

Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  verilən məlumata görə, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın sosial şəbəkələrdə V. Şahkərimovun görüntülərinə dair yazdığı və sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə səbəb olan şərhlə bağlı araşdırma aparılıb.

Məktəb direktoru məsələ ilə bağlı izahatında həmin şərhin diqqətsizlik və texniki səhv nəticəsində V. Şahkərimovun şəklinin altına düşdüyünü bildirib.

''O, bununla bağlı həm sosial şəbəkələrdə üzrxahlıq etdiyini, eləcə də əsgər Vüsal Şahkərimovun valideynindən şəxsən üzrxahlıq etdiyini qeyd edib. Mailə İsmayılovaya sosial şəbəkə istifadəçiləri ilə münasibətdə müəllim adına yaraşmayan davranışlara yol verərək “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna görə təhsil naziri Emin Əmrullayevin əmri ilə töhmət verilib'', - deyə idarədən qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO