“Britaniya məcburi köçkünlərin geri qayıtmaq arzusunu dəstəkləyir” – Ceyms Şarp 

“Britaniya məcburi köçkünlərin geri qayıtmaq arzusunu dəstəkləyir” – Ceyms Şarp 

Hazırda oxunan: “Britaniya məcburi köçkünlərin geri qayıtmaq arzusunu dəstəkləyir” – Ceyms Şarp 

67448

"Azərbaycanlı məcburi köçkünlər öz doğma yurdlarına qaytırmaq arzusundadır, biz də bu istəyi dəstəkləyirik və bu səbəbdən, işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək veririk". 

Bizim.Media xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda deyib. 

Səfir bildirib ki, Böyük Britaniya ərazilərin minalardan təmizlənməsi işində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) dəstək verir:

“Ağdamda Böyük Britaniya istehsalı olan xüsusi minaaşkarlayan dronlar var”. 

O, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpa işinin sürətinin valehedici olduğunu vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO