FIFA Rusiya Futbol İttifaqının (RFİ) üzvlüyünün dayandırılması məsələsinə baxmayıb.
Bizim.Media xəbər verir ki, bu gün Dohada keçirilən Konqresdə RFİ ilə bağlı radikal qərar verilməyib.
İttifaqın üzvlükdən çıxarılması barədə öncədən söz-söhbət yayılsa da, ali futbol qurumu bu məsələni gündəliyinə salmayıb.
FIFA Konqresi səs çoxluğu ilə üç milli federasiyanın - Pakistan, Zimbabve və Keniyanın müxtəlif qanun pozuntularına görə üzvlüyünün dayandırılmasına qərar verib.
Qeyd edək ki, daha əvvəl FIFA və UEFA birgə bəyanat yayaraq, Rusiya yığmalarının və klublarının beynəlxalq arenalardakı yarışlardan kənarlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:25 / 31.03.2022
FIFA Rusiyanın üzvlüyünün dayandırılması məsələsinə niyə baxmır?
Hazırda oxunan: FIFA Rusiyanın üzvlüyünün dayandırılması məsələsinə niyə baxmır?
Hazırda oxunan: FIFA Rusiyanın üzvlüyünün dayandırılması məsələsinə niyə baxmır?
67365
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.