İndiyədək sənaye zonalarında 95 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 mlrd. manatdan çox investisiya yatırılıb və 9 700-dən çox daimi iş yeri yaradılıb.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında deyilir.
Qeyd olunub ki, mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 mln. manatdan çox investisiyanın yatırılması və 3 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bu ilin yanvar-fevral aylarında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 436 mln. manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 191 mln. manatı ixrac olunub.
Sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni dövrünə nisbətən 76%, ixracı isə 138% artıb.
Sənaye zonaları üzrə indiyədək ümumilikdə 6,3 mlrd. manatlıq məhsul istehsal edilib ki, bunun 2 mlrd. manatı (təqribən 32%-i) ixrac olunub. İstehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:39 / 31.03.2022
Sənaye zonalarına indiyədək 6,4 milyard manatdan çox sərmayə yatırılıb
Hazırda oxunan: Sənaye zonalarına indiyədək 6,4 milyard manatdan çox sərmayə yatırılıb
Hazırda oxunan: Sənaye zonalarına indiyədək 6,4 milyard manatdan çox sərmayə yatırılıb
67352
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.