DÇ-2022 üçün nə qədər bilet satılıb? - Ən çox tələbat...

DÇ-2022 üçün nə qədər bilet satılıb? - Ən çox tələbat...

Hazırda oxunan: DÇ-2022 üçün nə qədər bilet satılıb? - Ən çox tələbat...

67273

Bu il keçiriləcək dünya çempionatının final mərhələsinin oyunları üçün 800 mindən çox bilet satılıb.

Bizim.Media FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, biletləri ən çox Qətər, ABŞ, İngiltərə, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Hindistan, Braziliya, Argentina və Səudiyyə Ərəbistanından olan azarkeşlər alıblar.

Ən çox tələbat isə açılış və final matçlarına olub. İndiyədək ümumilikdə 804 186 bilet satılıb. Satışın ikinci mərhələsi aprelin 5-də start götürəcək.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək. Final mərhələsinin püşkatma mərasimi aprelin 1-də olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO