Turistlərin Azərbaycana gəlməsinə mane olan əsas 2 SƏBƏB – Düzəlməyəcək?

Turistlərin Azərbaycana gəlməsinə mane olan əsas 2 SƏBƏB – Düzəlməyəcək?

Hazırda oxunan: Turistlərin Azərbaycana gəlməsinə mane olan əsas 2 SƏBƏB – Düzəlməyəcək?

67268

“Ölkəmizin bəzi çimərliklərindəki vəziyyət ürəkaçan deyil. Bu da turistlərin cəlb edilməsində əngəl faktorlardan biridir”.

Bu barədə Bizim.Media-ya açıqlamasında Azərbaycan Turizm Assosasiyasının İdarə Heyyətinin sədri Əhməd Qurbanov söyləyib.

Əhməd Qurbanov bildirib ki, Azərbaycanda turizim infrastrukturu son illər daha da inkişaf edib. Amma ölkəyə turistlərin cəlb edilməsi üçün bir çox amillər rol oynayır:
 

MÖVZU İLƏ BAĞLI:

Səfirlərin yalançı təbliğatı Azərbaycanda turizmə necə zərbə vurub? – Ekspertdən AÇIQLAMA


“Hazırda Rusiyaya tətbiq olunan sanksiyalar bu ölkənin turistlərinin bir qisminin Azərbaycana gəlişi labüs edir, amma mane olan səbəblər də var. Bildiyiniz kimi, rus turistlər əsasən çimərlik turizmini bəyənirlər. Misal üçün qonşu Türkiyəyə axınları da bir növ bununla bağlıdır. Təəssüflər olsun ki, bəzi çimərliklərimizdəki vəziyyət ürəkaçan deyil, amma onların istəklərinə cavab verəcək yerlər tapmaq mümkündür”

Azərbaycan Turizm Assosasiyasının İdarə Heyyətinin sədri qeyd edib ki, belə bir məqamda xüsusilə dənizkənarı otellərin sayını artırmaq lazımdır:

“Daha yaxşı pul qazanmaq üçün xidmət səviyyəmizi mütləq olaraq artırmalıyıq. Nəinki beşulduzlu, eləcə də iki və üçulduzlu otellərin də sayı artmalıdır ki, qiymətdə rəqabət yaradıb keyfiyyətli xidmətə nail ola bilək”.

Turizm üzrə ekspert Ruslan Quliyev isə açıqlamasında bildirib ki, pandemiya şərtləri turistlərin ölkəmizə keçidini də məhdudlaşdırıb. Belə bir vaxtda hava nəqliyyatı da qiymət baxımından əlçatan olmalıdır:

“Qiymət faktoru, logistika və tətbiqlər çox önəmlidir və əvvəllər də həftə sonu turları çox maraqlı olub. Həmçinin kulinariya və şərab turları da bura daxildir.

Rəqabət qabiliyyətli turizm məhsullarının ortaya qoyulması və yerli biznesin dövlət tərəfindən dəstəklənməsi də önəmli amillərdən biridir. Bu sahədə hava yollarının üzərinə xüsusi bir iş düşür.
Məncə bu sektorda liberallaşdırma davam etdirilməlidir və hava nəqliyyatı qiymət baxımından əlçatan olmalıdır ki, Azərbaycanın turizm imkanlarından istifadə etmək üçün nəinki Rusiyalı digər xarici turistlər də asanlıqla gələ bilsinlər”. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO