Akademiya: “Şillədən sonra Smitdən zalı tərk etməsini istədik, rədd etdi”

Akademiya: “Şillədən sonra Smitdən zalı tərk etməsini istədik, rədd etdi”

Hazırda oxunan: Akademiya: “Şillədən sonra Smitdən zalı tərk etməsini istədik, rədd etdi”

67230

Film Sənətləri və Elmləri Akademiyası “Oscar” mükafatlandırma gecəsinə damğa vuran Uill Smitlə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, açıqlamada Smitdən tədbiri tərk etməsinin tələb edildiyi bildirilib. 

“Biz Smitdən mərasimi tərk etməsini istədik və o, rədd etdi, lakin vəziyyəti başqa şəkildə idarə edə biləcəyimizi də qəbul edirik” – deyə məlumatda qeyd edilib.

Akademiya aprelin 18-də keçiriləcək idarə heyətinin iclasında qərar verilə biləcəyini və mümkün cəzalar arasında “üzvlüyün dayandırılması, xaric edilməsi və digər sanksiyaların” olduğunu bildirib.

Həmçinin Smitə qarşı "Akademiyanın Davranış Standartlarını pozduğuna görə intizam icraatına başlandığı" vurğulanıb.

Qeyd edək ki, Uill Smit həyat yoldaşı Cada Smitin saçları ilə zarafat edən komediya ustası Kris Roka şillə vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO