Lerikdə sürüşmə - Yaşayış evi torpaq altında qaldı

Lerikdə sürüşmə - Yaşayış evi torpaq altında qaldı

Hazırda oxunan: Lerikdə sürüşmə - Yaşayış evi torpaq altında qaldı

67196

Bu gün Lerik rayonunun Lərmərud kəndində torpaq sürüşməsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verirki, 300-400 metr yuxarıda olan qalın torpaq qatı aşağıya doğru sürüşüb.

Nəticədə kənd sakini, 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus yamacda yerləşən 4 otaqlı ev, şəxsi təsərrüfat, iribuynuzlu heyvanlar üçün tikilmiş tövlə, 4 baş qaramal və 4 baş buzov torpaq altında qalıb.

Zərərçəkmiş ev və təsərrüfat sahibinə ciddi miqdarda maddi ziyan dəyib.

Hadisə zamanı evdə olan N.Baxşıyevlə həyat yoldaşı xoşbəxtlikdən xəsarət almayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO