Dövlət Xidmətinin rəisi \

Dövlət Xidmətinin rəisi \"Yüksəliş\"in qalibi ilə görüşdü

Hazırda oxunan: Dövlət Xidmətinin rəisi \"Yüksəliş\"in qalibi ilə görüşdü

67182

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibi Ziya Mürsəlzadə ilə mentorluq proqramına davam edir. 

Bizim.Media xəbər verir ki, proqram çərçivəsində Ziya Mürsəlzadə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə görüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin köməkçisi “Yüksəliş”in qalibləri ilə görüşdü - FOTO


Dövlət Xidmətinin rəisi ölkədə istedadlı, liderlik keyfiyyətləri və idarəetmə bacarıqları yüksək olan kadr ehtiyatı bankının yaradılması, intellektual və peşəkar menecment qabiliyyətli gələcək rəhbər şəxslərin müəyyən edilməsi və dəstəklənməsi baxımından “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Görüşdə səmərəli fərdi inkişaf, idarəetmədə qənaətbəxş nəticələrin əldə olunması üçün alətlər və qərarların qəbuluna təsir edən faktorlar barədə müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO