Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndəsi Tariyel Alverdiyev martın 29-da verdiyi açıqlamada Azərbaycana gətirilən elektromobillərin idxal rüsumundan azad olunması ilə bağlı təkliflərin hazırlandığını bildirib.
Buna baxmayaraq, əhali arasında elektormobillər üçün enerjidoldurma məntəqələrinin, eyni zamanda servis xidmətlərinin və ehtiyat hissələrinin azlığı kimi səbəblər önə sürülür. Bu da ekoloji təmiz avtomobillərə marağın azalmasına səbəb olur.
Lakin mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, indiki situasiyada enerjidoldurma məntəqələrinin sayı kifayət qədərdir:
“Bu gün Azərbaycanda enerjidoldurma məntəqələrinin sayı elektromobillərin sayı ilə demək olar ki, mütənasibdir. Elektriklə çalışan avtomobillərin sayı artıqca, enerjidoldurma məntəqələrinin sayı da artacaq. Eləcə də bu tip avtomobilləri yalnız xüsusi məntəqələrdə yox, eyni zamanda evdə də şarj etmək olur”.
Ekspert sözügedən istiqamətdə mühüm addımların atılacağına da diqqətə çatdırıb:
“Bildiyimiz kimi, dövlətin də bu istiqamətdə yol xəritəsi var və orada qeyd olunub ki, 2022-ci ildə elektromobillər üçün xüsusi infrastrukturun yaradılması nəzərdə tutulub. Eyni zamanda qanuvericiliyə müəyyən dəyişikliklərin edilməsi, dövlət və özəl müəssisələrin müştərək fəaliyyətinin təşkil edilməsi də nəzərdə tutulub. Başqa sözlə, qanunvericilikdə özəl sektora güzəştlər nəzərə alınmaqla müvafiq dəyişikliklərin edilməsinə paralel olaraq, özəl şirkətlər tərəfindən məntəqələrin yaradılmasında fəal iştirakın təmin olunması gözlənilir”.
Müsahibimiz elektromobillərin üçün servislərin olmaması fikri ilə də razılaşmayıb:
“Ölkəmizə rəsmi olaraq gətirilən bütün növ avtomobillərin, eləcə də elektormobillərin rəsmi dilerləri mövcuddur. Yəni rəsmi diler və distributorlar avtomobillər gətirilmədən öncə, onun ölkədə servisini təşkil edirlər. Məsələn, Azərbaycanda fəaliyyət göstərən Yaponiya şirkətləri bu cür fəaliyyət göstərirlər. Düşünürəm ki, bu istiqamətdə də hər hansı problem yoxdur. Hibridlər üçün usta və servislərin sayı yetrincədir. Elektromobillər üçün isə müəyyən modellərin servisləri qurulub, bəziləri isə qurulur”.
Eldəniz Cəfərov əlavə edib ki, bu il elektromobillərə alıcı marağı əvvəlki dövrlərlə müqayisədə xeyli artıb:
“Bildiyiniz kimi, yanvarın 1-dən etibarən ekoloji təmiz avtomobillərin ƏDV-dən azad olunmasından sonra qiymətlərdə azalma müşahidə olunur. Nəticədə bu növ avtomobillərə maraq da, sifarişlərin sayı da artıb. Məsələn, vətəndaşlar əvvəlki dövrdə ay ərzində təqribən bir elektromobil sifariş edirdilərsə, indi bu say 50-70% artıb. Bu say getdikcə daha da artacaq”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:51 / 30.03.2022
Əgər elektromobil gətirmək istəsəniz başınıza nə gələcək? - Doğru bildiyimiz YANLIŞLAR
Hazırda oxunan: Əgər elektromobil gətirmək istəsəniz başınıza nə gələcək? - Doğru bildiyimiz YANLIŞLAR
Hazırda oxunan: Əgər elektromobil gətirmək istəsəniz başınıza nə gələcək? - Doğru bildiyimiz YANLIŞLAR
67174
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.