Azərbaycanlı qızları cinsi istismara məcbur edən qadın HƏBS EDİLDİ

Azərbaycanlı qızları cinsi istismara məcbur edən qadın HƏBS EDİLDİ

Hazırda oxunan: Azərbaycanlı qızları cinsi istismara məcbur edən qadın HƏBS EDİLDİ

67147

Azərbaycanlı qızları Türkiyədə cinsi istismara məruz qoyan qadına hökm oxunub.

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, Həsənova Ülviyyə Surxay qızı saxlanılıb. 

Onun Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin Antalya şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı aşkar edilib.
Faktla bağlı müxtəlif maddələrlə cinayət işi başlanılıb.

İş üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlət Məhkəməsinə göndərilib. Həsənova Ülviyyə Surxay qızı Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək 8 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO