“4 minədək soydaşımız barədə hələ də məlumat yoxdur” - Xarici işlər nazirinin müavini

“4 minədək soydaşımız barədə hələ də məlumat yoxdur” - Xarici işlər nazirinin müavini

Hazırda oxunan: “4 minədək soydaşımız barədə hələ də məlumat yoxdur” - Xarici işlər nazirinin müavini

67127

"Birinci Qarabağ Müharibəsindən  bu günədək 4000-dək soydaşımız barədə hələ də məlumat yoxdur”.

Bizim.Media xəbər verir ki, bu açıqlamanı Qubada "Soyqırım: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda keçirilən elmi-praktik konfransda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov verib.

O, çıxışında tarixi qələbəmizdən sonra Kəlbəcərin Başlıbel, Şuşanın Daşaltı, Xocavəndin Edilli kəndləri ərazisində  kütləvi məzarlıqların aşkar edildiyi faktına diqqət çəkib: 

“Aparılan müayinələr müəyyən edir ki, bu məzarlıqlar, meyit qalıqları Birinci Qarabağ Müharibəsi zamanı erməni hərbçiləri tərəfindən əsir və girov götürülən, ağır işgəncələr verilərək qətlə yetirilən Azərbaycan vətəndaşlarına aiddir".
Elnur Məmmədov artıq Azərbaycan Ordusunun nəzarəti altında olan Fərrux kəndində də insan sümükləri aşkarlandığını  və həmin sümüklərin də tədqiqatının aparılacağını deyib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO