Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birgə ittiham olunan Nadir Məmmədov, Şahin İbrahimov və Telman Tahirovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.
Bizim.Media xəbər verir ki, bu barədə V.Səfərlinin vəkili Hikmət Əliyev bildirib.
MÖVZU İLƏ BAĞLI:
Vüqar Səfərlinin vəkili 3 vəsatət qaldırdı – HEÇ BİRİ TƏMİN EDİLMƏDİ
O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay və N.Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum olunub.
Digər təqsirləndirilən - T.Tahirovla Ş.İbrahimova müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib.
Bizim.Media