Yeni Vətəndaş Qəbulu Mərkəzinə necə getmək olar? - CAVAB

Yeni Vətəndaş Qəbulu Mərkəzinə necə getmək olar? - CAVAB

Hazırda oxunan: Yeni Vətəndaş Qəbulu Mərkəzinə necə getmək olar? - CAVAB

66932

Xəbər verdiyimiz kimi, mart ayının 28-də Vətəndaş Qəbulu Mərkəzinin açılıb. Mərkəzdə həm ilk dəfə qəbula gələn, həm də əvvəlcədən qəbula yazılan vətəndaşlar üçün iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər.

Bizim.Media xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi lent.az-ın “Vətəndaş Qəbulu Mərkəzinə necə getmək olar?” sualına cavab verib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Vətəndaş Qəbulu Mərkəzinin açılışında - FOTO 


Qeyd edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79 ünvanında yerləşən mərkəzə metronun "İnşaatçılar" və “Elmlər Akademiyası” stansiyalarından 17, "N.Nərimanov" stansiyasından 24, "28 May" stansiyasından 27, "20 Yanvar" stansiyasından isə 211 nömrəli marşrutla getmək olar.

Bundan başqa 2, 7A, 7B, 93 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslar da Mərkəzin yaxınlığından keçir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO