Uill Smit şillə vurduğu komediya ustasından üzr istədi – FOTO 

Uill Smit şillə vurduğu komediya ustasından üzr istədi – FOTO 

Hazırda oxunan: Uill Smit şillə vurduğu komediya ustasından üzr istədi – FOTO 

66880

Amerikalı aktyor Uill Smit “Oscar” mükafatlandırma gecəsində tədbirin aparıcısı, komediya ustası Kris Roka şillə vurduğuna görə ondan üzr istəyib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə “Instagram” hesabında paylaşım edib. 

Ulduz davranışının qəbuledilməz və bağışlanmaz olduğunu vurğulayıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Uil Smitin “Oscar”ı geri alına bilər? - Davranış kodeksindəki maddə pozulub - VİDEO


“Zarafatlar işin bir hissəsidir, lakin Cadanın səhhəti ilə bağlı zarafat mənim üçün çox ağır idi və emosional reaksiya verdim. Səndən ictimaiyyət önündə üzr istəmək istəyirəm, Kris, özümdən çıxdım və səhv etdim. Çox utanıram. Hərəkətlərim olmaq istədiyim insanın davranışına uyğun gəlmirdi”.

Smit həmçinin Akademiyadan, şounun prodüserlərindən, bütün iştirakçılardan və şounu izləyən hər kəsdən üzr istəyib. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO