Dörd erməni əsir Rusiya və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana təhvil verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş nazirin müavini Tiqran Avinyan məlumat yayıb.
"Qohumlarına geri qayıtmaları barədə məlumat verildi. Əsirlər həkimlərin nəzarəti altındadır və lazımi tibbi və mənəvi-psixoloji yardım alacaqlar" deyə Avinyan yazıb.
O, əsir mübadiləsinin davam edəcəyini qeyd edib.
Xatırladaq ki, 44 erməni məsirin olduğu ilk təyyarə dekabrın 14-nə keçən gecə İrəvanın Erebuni aerodromuna enib.
15 dekabrda isə Azərbaycan daha bir mülki şəxsi Ermənistana təhvil verib. Əsir götürülmə faktı Beynəlxalq Qırmızı Xaç Komitəsi və Bakı tərəfindən təsdiqlənib.
Ermənistan hökumətinin başçısı Nikol Paşinyan əvvəllər İrəvan və Bakının “hamının hamıya” prinsipi ilə məhbus mübadiləsi barədə razılığa gəldiklərini söyləyib.
Əsir və girovların mübadiləsi çərçivəsində 12 azərbaycanlı Bakıya verilib. Onların arasında “həbsdə” olan Şahbaz Quliyev və Dilqəm Əsgərov da var.
Bizim.Media
- A-
- A
- A+
Region
17:51 / 28.12.2020
Azərbaycan Ermənistana daha 4 əsiri təhvil verdi
Hazırda oxunan: Azərbaycan Ermənistana daha 4 əsiri təhvil verdi
Hazırda oxunan: Azərbaycan Ermənistana daha 4 əsiri təhvil verdi
6683
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.