Azərbaycanlı əkiz bacılardan Britaniya çempionatında 6 medal 

Azərbaycanlı əkiz bacılardan Britaniya çempionatında 6 medal 

Hazırda oxunan: Azərbaycanlı əkiz bacılardan Britaniya çempionatında 6 medal 

66802

Azərbaycanlı idman gimnastları Cessika Qədirova və Cennifer Qədirova Böyük Britaniya çempionatında ümumilikdə 6 medal qazanıblar.

Bizim.Media “sportsmole.co.uk” saytına istinadən xəbər verir ki, bununla bağlı informasiya bacıların İnstragram səhifəsində də yer alıb.

Mənbə yazır ki, Cessika Qədirova və Cennifer Qədirova 2022-ci il Britaniya Bədii Gimnastika Çempionatında finalda, ümumilikdə altı medala sahib çıxıblar.

Şənbə günü qadınların çoxnövçülük üzrə çempionu adını qazanan Cessika Qədirova iki məşqdən sonra orta hesabla 13,900 bal toplayaraq Böyük Britaniya çempionu olub, həm də 14,600 xalla sərbəst hərəkətdə qızıl medal qazanıb.

Bu arada, Cennifer Qədirova əkizini qabaqlayaraq 13.750 xalla Britaniya çempionu olub.

Üç qızıl medala əlavə olaraq, Qədirov əkizləri bazar günü iki gümüş və bir bürünc medal qazanıblar. 

Qeyd edək ki, Cessika Qədirova və Cennifer Qədirova Tokio-2020 Yay Olimpiya Oyunlarında 3-cü yeri tutaraq, Böyük Britaniyaya 93 ildən sonra idman gimnastikasında olimpiya medalı qazandırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO