Dövlət rəsmilərindən Ayaz Mütəllibovun vida mərasiminə kimlər QATILDI?

Dövlət rəsmilərindən Ayaz Mütəllibovun vida mərasiminə kimlər QATILDI?

Hazırda oxunan: Dövlət rəsmilərindən Ayaz Mütəllibovun vida mərasiminə kimlər QATILDI?

66792

Xəbər verdiyimiz kimi, 84 yaşında dünyasını dəyişən eks-prezident Ayaz Mütəllibovun vida və dəfn mərasimi təşkil olunub.

Maraqlıdır ki, hər iki mərasimdə dövlət rəsmiləri gözə dəyməyib. Hətta mərasimləri təşkil edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı belə dəfndə yox idi. 

Şəhriyar adına Mədəniyyət Mərkəzində təşkil olunan vida mərasimində və mərhumun I Fəxri Xiyabanda son mənzilə yola salınmasında eks-prezidentin ailə üzvləri, silahdaşları, millət vəkilləri, eləcə də bir sıra ziyalılar iştirak edib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Ayaz Mütəllibovun dəfni ilə bağlı nekroloqa imza atdı


Tanınmış simalardan yalnız millət vəkilləri Tahir Kərimli və Vahid Əhmədov, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə,  politoloq Cümşüd Nuriyev iştirak edib. 

Qeyd edək ki, eks-prezident I Fəxri Xiyabanda torpağa tapşırılıb və dəfn mərasimi Birinci Vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə həyata keçirilib.

Xatırladaq ki, Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra 1992-ci il martın 6-da istefa verib. Həmin vaxtdan etibarən 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycana qayıdıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO