Belarus Respublikasının Qomel vilayətində ““İskəndər-M” Əməliyyat Taktiki Raket Kompleksinin Ukrayna ilə sərhəd istiqamətində hərəkəti qeydə alınıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin 33-cü günü davam edir. Qarşı tərəfin əsas səyləri işğal olunmuş xətlərin saxlanmasına və hücum əməliyyatlarının bərpasına hazırlığa yönəlib", - deyə məlumatda qeyd edilib.
Bizim.Media