Prezidentlə xanımı Ayaz Mütəllibovun vida mərasiminə əklil göndərdi

Prezidentlə xanımı Ayaz Mütəllibovun vida mərasiminə əklil göndərdi

Hazırda oxunan: Prezidentlə xanımı Ayaz Mütəllibovun vida mərasiminə əklil göndərdi

66744

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun vida mərasiminə əklil göndərib.

Bizim.Media xəbər verir ki, əklil dəfn zamanı mərhumun məzarı önünə qoyulacaq.

Xatırladaq ki, 84 yaşında dünyasını dəyişən Ayaz Mütəllibov uzun müddətdir ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi. 

Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra 1992-ci il martın 6-da istefa verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO