Goranboyda  2 nəfər dəm qazından zəhərləndi

Goranboyda  2 nəfər dəm qazından zəhərləndi

Hazırda oxunan: Goranboyda  2 nəfər dəm qazından zəhərləndi

66642

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Vaqif küçəsində baş verib.

2004-cü il təvəllüdlü Əliyev Riad Fərid oğlu zəhərlənmə diaqonozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Digər dəm qazından zəhərlənmə faktı isə rayonun Ağcakənd kəndində qeydə alınıb. Kənd sakini, 1957-ci il təvəllüdlü Əzimova Nailə Kazım qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, hər iki şəxs yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO