Ağdamda buldozer minaya düşdü - Sürücü xəsarət almayıb

Ağdamda buldozer minaya düşdü - Sürücü xəsarət almayıb

Hazırda oxunan: Ağdamda buldozer minaya düşdü - Sürücü xəsarət almayıb

66635

Ağdamda "Körpü-Bina-Tikinti" MMC-yə məxsus inşaat texnikası minaya düşüb.

Bizim.Media xəbər verir ki, hadisə yeni inşa edilməkdə olan Ağdam-Füzuli yolunun Ağdam rayonunun işğaldan azad olunmuş Yusifcanlı kənd ərazisindən keçən hissəsində baş verib.

Kürdəmir rayon sakini 1991-ci il təvəllüdlü Məmmədov Xalid Asif oğlunun idarə etdiyi "LiuGong" markalı buldozer erməni hərbi birləşmələri tərəfindən basdırılmış minaya düşüb. Buldozer yararsız hala düşsə də, sürücü xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO