Beynəlxalq Enerji Agentliyinin Azərbaycanda neft hasilatı ilə bağlı PROQNOZU

Beynəlxalq Enerji Agentliyinin Azərbaycanda neft hasilatı ilə bağlı PROQNOZU

Hazırda oxunan: Beynəlxalq Enerji Agentliyinin Azərbaycanda neft hasilatı ilə bağlı PROQNOZU

66585

Beynəlxalq Enerji Agentliyi (BEA) 2022-ci ildə Azərbaycanda neft hasilatının sutkada 0,7 milyon barrelə çatacağını gözləyir.

Bu barədə Bizim.Media Agentliyə istinadən xəbər verir.

BEA Azərbaycanda neft hasilatını birinci rübdə 0,7 milyon barel, ikinci və üçüncü rüblərdə isə 0,69 milyon barel səviyyəsində proqnozlaşdırır. 2022-ci ilin dördüncü rübü üçün proqnoz hələ dərc edilməyib.

BEA-nın qiymətləndirməsinə görə, 2021-ci ildə Azərbaycanda neft hasilatı birinci rübdə sutkada 0,7 milyon barel, ikinci rübdə sutkada 0,69 milyon barel, üçüncü və dördüncü rüblərdə isə 0,71 milyon barel təşkil edib.

Qeyd edək ki, Azərbaycan 2022-ci ilin aprelində OPEC ölkələrinin və kartelə daxil olmayan dövlətlərin nazirlərinin 26-cı iclasında qəbul edilmiş gündəlik neft hasilatının 400 min barel artırılması qərarını dəstəkləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO