Novruz gəldi, bəs yaz? - İqlim dəyişikliyinin fəsil düzəninə TƏSİRLƏRİ 

Novruz gəldi, bəs yaz? - İqlim dəyişikliyinin fəsil düzəninə TƏSİRLƏRİ 

Hazırda oxunan: Novruz gəldi, bəs yaz? - İqlim dəyişikliyinin fəsil düzəninə TƏSİRLƏRİ 

66508

Bir neçə gün əvvəl Novruz bayramını qeyd edən, yazını gəlişini səbrsizliklə gözləyən ölkəmizdə hələ də yaz havası müşahidə olunmur. Paytaxt Bakıda və regionlarda yağışlı, qarlı, başqa sözlə desək, kəskin hava şəraiti hökm sürür. Bu da bir çox  insanlarda depresiyaya və bayram əhval-ruhiyyəsinin olmamasına gətirib çıxarır.  

"Mart ayı başlayandan hava qeyri-sabit keçir, neçə gündür aramsız yağıntılar müşahidə edilir. Bakı, Abşeron və bir sıra regionlarda son dövrlər ərzində düşən yağıntı aylıq normadan çoxdur. Martda havanın temperaturu çoxillik norma göstəricilərindən dörd dərəcə aşağıdır". 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.  

Onun sözlərinə görə, mart ayı hər zaman belə gözlənilməz və dəyişkən hava ilə xarakterizə olunur:  

"Son onilliklərdə mart ayının ən soyuq vaxtı  2012-ci ildə qeydə alınıb. Həmin vaxt Bakıda və Abşeron yarımadasında 2,2 dərəcə şaxta müşahidə edilib. Həmçinin həmin vaxt paytaxtda qar örtüyü də əmələ gəlib. Nəticədə, qlobal iqlim dəyişikliyi fəsillər arasındakı düzəni də dəyişdirib. Amma son illəri nəzərə alsaq, mart ayı həmişə süprizlərlə dolu olub.
 

Buna misal olaraq, 2013-cü ilin mart ayında Bakıda qeydə alınan 28 dərəcə istini deyə bilərik. 2012, 2013, 2014, 2018 və 2021-ci ildə paytaxtda mart ayında sulu qar yağıb. Buna görə də mart ayı hava proqnozlarını vermək baxımından ən çətin ay hesab edilir".

 
Umayra Tağıyeva həmçinin müşahidə olunan soyuq və yağıntılı hava şəraitinin mart ayının sonlarına qədər davam edəcəyini bildirib. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO