"Teatrda bir gün" keçirmək istəyənlər - Bu fürsəti qaçırmayın!

Hazırda oxunan: "Teatrda bir gün" keçirmək istəyənlər - Bu fürsəti qaçırmayın!

66504

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27 mart Beynəlxalq Teatr Günü münasibətilə teatrlarda açıq qapı günü keçiriləcək.

Bizim Media xəbər verir ki, "Teatrda bir gün" adlı layihə saat 11:00-dan başlayaraq 17:00-a qədər davam edəcək.

Açıq qapı günü Akademik Milli Dram Teatrı, Akademik Opera və Balet Teatrı, Akademik Musiqili Teatr, Akademik Rus Dram Teatrı, Kukla Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrını əhatə edəcək. 

Layihə çərçivəsində tamaşaçılar xüsusi avtobuslar vasitəsilə teatrlara səfər edərək, indiyə qədər görə bilmədikləri səhnə arxası ilə tanış olacaq, könüllülərin köməyi ilə teatra daha yaxından bələd olacaq və günün sonunda tamaşa izləyə biləcəklər.
Avtobuslar saat 11:00-dan etibarən tamaşaçıları teatra pulsuz aparacaqlar. 19:00-da isə onlar cədvəldə qeyd olunan tamaşaları pulsuz izləyə biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO