Qurban Qurbanovun oğlundan dubl, millimizdən ilk qələbə

Qurban Qurbanovun oğlundan dubl, millimizdən ilk qələbə

Hazırda oxunan: Qurban Qurbanovun oğlundan dubl, millimizdən ilk qələbə

66444

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb. 

Bizim.Media-nın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda Estoniyanı böyük hesabla məğlub edib - 3:0. 

Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilmiş A qrupunun oyununda ilk iki qolu Musa Qurbanlı vurub.

O, 44-cü və 66-cı dəqiqələrdə fərqlənib. Matçda son nöqtəni isə 88-ci dəqiqədə Abdulla Xaybulayev qoyub. 

Bununla da Azərbaycan yığması 7 oyundan sonra xalını 4-ə çatdırıb və 5-ci pillədə möhkəmlənib. 8 matçdan sonra sonuncu - 6-cı sırada olan Estoniyanın xalı yoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO