Tikinti materiallarının istehsalına Böyük Qayıdışın təsirləri – Ekspertdən AÇIQLAMA 

Tikinti materiallarının istehsalına Böyük Qayıdışın təsirləri – Ekspertdən AÇIQLAMA 

Hazırda oxunan: Tikinti materiallarının istehsalına Böyük Qayıdışın təsirləri – Ekspertdən AÇIQLAMA 

66381

“Bu artım tempi birmənalı olaraq azad olunmuş torpaqlarımızda aparılan tikinti-bərpa işlərilə bağlıdır”. 

Bunu Bizim.Media-ya açıqlamasında NBA Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimli Azərbaycanda tikinti materialları istehsalının bu ilin yanvar-fevral aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 83,8 faizə qədər artmasına gətirib çıxaran səbəblərdən danışarkən deyib: 

“Əvvəllər ölkədəki sement zavodları tam gücü ilə işləmirdi. İndi isə tam gücü ilə işləyir. Çünki məhsulun böyük hissəsi işğaldan azad olunmuş torpaqlarımızın bərpasına yönəldilir. Həmçinin, uzun müddət idi ki, karyerlərin də böyük hissəsi tam gücü ilə işləyə bilmirdi.

Hazırda isə yaranmış situasiya onlara da imkan verir ki, öz istehsal potensiallarını artırsınlar. Dəmir konstruksiya materiallarının da böyük hissəsi Qarabağa yönəldilir.  
Yəni işğaldan azad olunmuş ərazilərimizdə tikinti işlərinin həcminin artması və intensivləşməsi sonda tikinti materialları istehsalının xeyli artmasına gətirib çıxarıb.

Qarabağda başlanılan tikinti işləri güclü tələbat yaranıb və o da öz növbəsində tikinti materialları istehsalının yüksəlməsinə rəvac verib. Bu artımın Bakı şəhəri və regionlarda tikinti işlərilə heç bir bağlılığı yoxdur. Çünki həmin məkanlarda tikintinin həcmində artım müşahidə edilmir”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO