Şoyqu bir həftədən artıqdır ki, Pentaqonun zənglərinə cavab vermir - WP  

Şoyqu bir həftədən artıqdır ki, Pentaqonun zənglərinə cavab vermir - WP  

Hazırda oxunan: Şoyqu bir həftədən artıqdır ki, Pentaqonun zənglərinə cavab vermir - WP  

66333

"Son 7-10 gün ərzində ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Baş Qərargah rəisi Mark Milley dəfələrlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla əlaqə saxlamağa cəhd ediblər."

Bizim.Media "Washington Post"a istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

"Lakin Rusiya hərbi rəhbərliyi əlaqə saxlamır. Hava məkanında mümkün münaqişələrin həlli üçün xüsusi olaraq yaradılmış qaynar rabitə xətti hələ də təyinatı üzrə istifadə olunmayıb" - deyə məlumatda qeyd edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Şoyqu üzə çıxdı - Ukraynadakı əməliyyatın gedişi ilə bağlı Putinə məruzə etdi


Bildirilib ki, bununla bağlı ABŞ-da iki versiya ortaya atılıb. Belə ki, ya Sergey Şoyqu və Valeri Gerasimov "xüsusi əməliyyatın" uğursuzluğu səbəbindən uzaqlaşdırıldı və ya Rusiya Federasiyası bilərəkdən Amerika ilə əlaqə qurmur, bu da ölkələrin birbaşa toqquşmasına səbəb ola bilər.

Qeyd edək ki, martın 23-də rusiyalı jurnalistlər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun yoxa çıxmasına diqqət çəkib. Onun ürək xəstəliyindən əziyyət çəkdiyi iddia edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO