"Milli komandanın qapısı hamının üzünə açıqdır" - Canni De Byazi

Hazırda oxunan: "Milli komandanın qapısı hamının üzünə açıqdır" - Canni De Byazi

66328

"Mən ilk gündən demişəm ki, millinin qapısı hamının üzünə açıqdır".

Bizim.Media-nın məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Maltaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis iyunda Millətlər Liqasının oyunlarında mübarizə aparacaq heyətin özəyini məyyənləşdirməyə çalışdıqlarını bildirib:

"Çox güman ki, bu gün milliyə dəvət alanlar əksəriyyəti bizimlə birlikdə olacaq".

Heyət məsələsinə gəlincə, De Byazi əvvəlki toplanışlara Eddi İsrafilovu COVID-19 pandemiyası və daha sonra klubsuz qalması üzündən çağıra bilmədiklərini diqqətə çatdırıb: "Eddi bizim üçün vacib oyunçudur. Həm hava toplarında, həm də fiziki cəhətdən üstün cəhətləri var".

Namik Ələskərovun yüngül zədə üzündən sabahkı oyunda çıxış edə bilməyəcəyini söyləyən baş məşqçi əvvəlki toplanışlarda əsasən gənclərə üstünlük verdiklərini xatırladıb.

Lakin onun sözlərinə görə, zaman göstərib ki, nəticə qazanmaq üçün komandaya təcrübəli futbolçular da lazımdır:

"Bu səbəbdən, gənclərlə bərabər təcrübəli futbolçulara da dəvət göndərdik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO