Ukraynanın "məhdudiyyətlər olmadan" hərbi yardıma ehtiyacı var.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikri Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı NATO sammitinin iştirakçıları qarşısında çıxışı zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Zelenski NATO-ya səsləndi: “Ordumuzun standartlara cavab vermədiyini söyləməyin” - VİDEO
NATO-nun baş katibi Yens Stoltenberqin bir qədər əvvəl qeyd etdiyi kimi, alyans ölkələrinin liderləri cümə axşamı Brüsseldə keçiriləcək sammitdə Alyansın şərq hissəsində müdafiə sisteminin yenilənməsini müzakirə etmək niyyətindədirlər:
“Bunun da ilk addımı kimi NATO-da dörd yeni döyüş qrupunun yaradılması olacaq”.
"Ukrayna sizdən təyyarə istəyib. Minlərlə döyüş təyyarəniz var, amma indiyə qədər bizə bir dənə də olsun vermədilər, biz tank istədik. Ən azı 20 min tankınız var, Ukrayna xahiş etdi. 500-nü bizə verin və ya satın, ancaq hələ dəqiq cavab almamışıq”, - deyə Zelenski bildirib.
O, qeyd edib ki, Kiyevin Ukrayna üzərində uçuşa qadağan zonası tətbiq etmək xahişi də cavabsız qalıb.
Onun sözlərinə görə, NATO hələ də Kiyevə lazım olan bütün silahları təmin etməklə kömək edə bilər.
Bizim.Media