Elman Nəsirov Novruz tonqalından tullanarkən başına nə gəldi? - Deputatın özü DANIŞDI

Elman Nəsirov Novruz tonqalından tullanarkən başına nə gəldi? - Deputatın özü DANIŞDI

Hazırda oxunan: Elman Nəsirov Novruz tonqalından tullanarkən başına nə gəldi? - Deputatın özü DANIŞDI

66284

“Uşaqlıqda bayramda tonqalın üstündən tullanmaqla dəhşətli diş ağrısından xilas oldum”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Novruz Bayramı ilə bağlı uşaqlıq xatirələrindən danışarkən deyib:

“Novruz bayramında adət-ənənəyə görə qəbirüstünə gedib şam yandırırıq. Uşaqlıq dövründə Novruzda qəbirüstündə şam yandıranda güclü qar yağması və dəhşətli küləyin şahidi olduq. Yadımdadır ki, bayramda hamı təzə paltar geyinirdi. Amma havanın soyuq olmasına görə təzə paltar geyə bilmədiyimdən əsəbiləşmişdim.
 

MÖVZU İLƏ BAĞLI:

“Rusiya MN-in “Dağlıq Qarabağ” ifadəsini işlətməsi yolverilməzdir” – Elman Nəsirov


Belədə, köhnə qış paltarlarını geyinməli oldum. Qəbirstanlıqda isə külək, çovğun və qar xeyli müddət bizə şamı yandırmağa imkan vermədi. 

Başqa bir tərəfdən, uşaqlıqda bayramda həyətdə tonqal qalayır və üstündən tullanırdıq. Bir dəfə möhkəm dişim ağrıyırdı. Böyüklər dedi ki, tonqalın üstündən tuıllanıb, “baş ağrım, diş ağrım, hamısı burda qalsın” desən ağırısı kəsəcək. Bu sözə inanaraq, bir neçə dəfə tonqalın üstündən tullandıqdan sonra, dişimin ağrısı da kəsdi. Özüm də inanmadım, hələ də o hislər məni duyğulandırır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO