Martın 24-də saat 19:00-da başlayacaq və... - Bakı sakinləri, DİQQƏT!

Martın 24-də saat 19:00-da başlayacaq və... - Bakı sakinləri, DİQQƏT!

Hazırda oxunan: Martın 24-də saat 19:00-da başlayacaq və... - Bakı sakinləri, DİQQƏT!

66058

Martın 24-də saat 19:00-dan 22:00-dək Bakının bir neçə məşhur tikililəri, o cümlədən Bakının ən möhtəşəm və sirli tarixi-memarlıq abidəsi olan Qız Qalası qırmızı rənglə işıqlandırılacaq.

Bizim.Media xəbər verir ki, məqsəd diqqəti vərəmlə mübarizəyə yönəltməkdir. 

Qeyd edək ki, hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların “qırmızı rəngə” boyanması aksiyası keçirilir.

Bununla da, vərəmdən əziyyət çəkən insanların ağrı və çətinliklərinə diqqət çəkiləcək və onlarla həmrəylik nümayiş olunacaqdır.

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-ü Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO