“Ukrayna Prezidenti Vlodomir Zelenski və Rusiya prezidenti Vladimir Putinin görüşü sülhün bərpası üçün açardır”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak BBC-yə müsahibəsində bildirib.
“Şübhəsiz ki, belə bir görüş sülhün açarıdır. Bunun üçün hazırlıq görülür, Bu görüşü təşkil etmək istəyən tərəfdaşlarımızla əlaqələrimiz var, müharibənin qaynar fazasının sona çatmasında maraqlı olan bir çox ölkələr var.
MÖVZU İLƏ BAĞLI:
Putin Zelenski ilə görüşdən İMTİNA ETDİ
Danışıqlar prosesi çərçivəsində işçi qrupları yaradılanda bəzi ilkin sənədlər hazırlanıb prezidentlərə veriləcək, onlar bunu qiymətləndirəcəklər. Sonra bu görüş baş tuta bilər” – deyə Podolyak qeyd edib.
O, görüş üçün konkret tarix olmadığını söyləyib.
Bizim.Media