Havanın keyfiyyət göstəriciləri yüksəlib

Havanın keyfiyyət göstəriciləri yüksəlib

Hazırda oxunan: Havanın keyfiyyət göstəriciləri yüksəlib

66004

Mart ayının ikinci ongünlüyündən başlayaraq küləkli və yağıntılı günlərin üstünlük təşkil etməsi havada oksigenin miqdarının artmasına, Bakı, Sumqayıt və Gəncə şəhərlərində havanın keyfiyyət göstəricilərinin yaxşılaşmasına şərait yaradıb.

Bunu Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda sabaha olan hava PROQNOZU 


Onun sözlərinə görə, Bakı şəhərinin Xətai, Nizami, Səbail, Nərimanov rayonları ərazisində, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən mart ayında havada qaz qarışıqlarının və toz hissəciklərinin miqdarı norma daxilində olub.

“Yaxın günlərdə fasilələrlə az yağıntılı və küləkli hava şəraitinin proqnozlaşdırıldığını nəzərə alsaq, mart ayının sonunadək havanın keyfiyyət göstəricilərinin yaxşı olacağı gözlənilir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO