XƏBƏRDARLIQ: Gecə yollar buz bağlayacaq

XƏBƏRDARLIQ: Gecə yollar buz bağlayacaq

Hazırda oxunan: XƏBƏRDARLIQ: Gecə yollar buz bağlayacaq

65796

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarının dumanlı olacağı və bəzi yolların buz bağlayacağı gözlənilir.

Bizim.Media  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam etdiyindən gecə və səhər saatlarında magistral avtomobil yolları dumanlı və şaxtalı olacaq.

G.Məmmədova qeyd edib ki, hava şəraiti ilə əlaqədar, əsasən Quba-Qusar, Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Lənkəran-Lerik, Masallı-Yardımlı magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 300-700 m-dək məhdudlaşacaq, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

"Bu cür hava şəraiti ilə əlaqədar sürücülərin ehtiyatlı olması tövsiyə olunur", - o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO