Azərbaycana yaz fəsli gəldi

Azərbaycana yaz fəsli gəldi

Hazırda oxunan: Azərbaycana yaz fəsli gəldi

65793

Azərbaycana yaz fəsli gəlib.

Bizim.Media xəbər verir ki, ölkəyə yaz fəslinin (Baharın) gəlişi martın 20-si saat 19:33-ə təsadüf edib.

Belə ki, bu vaxt yaz gecə-gündüz bərabərliyi baş verir, yəni gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayır.

Qeyd edək ki, şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 13:13-də Yay fəsli yazı əvəz edəcək.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. 

Həmin gün ən uzun Gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə, 36 saniyə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO