Tramp ABŞ büdcəsini imzaladı

Tramp ABŞ büdcəsini imzaladı

Hazırda oxunan: Tramp ABŞ büdcəsini imzaladı

6578

ABŞ Prezidenti Donald Tramp 2021-ci ilin mübahisəli büdcə layihəsini imzalayıb. Faktiki olaraq o, öz tələblərindən imtina edib, bununla da maliyyə dayandırılması səbəbiylə Amerika dövlət qurumlarının məcburi bağlanmasının qarşısını alıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

Tramp koronavirus pandemiyası səbəbindən 900 milyard dollarlıq iqtisadi yardım paketi nəzərdə tutan büdcə layihəsinə imza atıb.

Bu sənəd Trampın tələb etdiyi 2000 dollar əvəzinə adambaşına 600 dollar ödəmə təklif edir.

Bu iqtisadi yardım paketi ABŞ hökumətini və bütün dövlət qurumlarını 2021-ci ilin sentyabrına qədər davam etdirəcək 1,4 trilyon dollarlıq büdcənin bir hissəsidir.

"NEWS.ru" saytının verdiyi xəbərə görə, daha əvvəl Donald Tramp Senatdakı respublikaçılara prezident seçkilərindəki qələbəsi uğrunda mübarizəni davam etdirməsi üçün müraciət edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO