Bu iki infeksiyanın bir çox oxşar simptomları olsa da, ciddi fərqləri də mövcuddur.
Bizim.Media xəbər verir ki, qrip və koronavirus arasındakı ilk əhəmiyyətli fərq odur ki, qripin simptomları daha sürətli yayılır. Covid-19-a gəldikdə, əvvəldə özünüzü sadəcə, bir az narahat və zəif hiss edə bilərsiniz.
Covid-19-un simptomları:
- yüksək hərarət və ya üşütmə
- öskürək
- nəfəs darlığı və ya nəfəs almaq çətinliyi
- yorğunluq və zəiflik
- əzələ və ya bədən ağrısı
- baş ağrısı
- qoxu və dad itkisi
- boğaz ağrısı
- burun tutqunluğu və ya axması
- mədə ağrısı, ishal
- ürək bulantısı
Qripin simptomları:
- öskürək
- yüksək hərarət (olmaya da bilər)
- boğaz ağrısı
- burun tutqunluğu və ya axıntısı
- əzələ və ya bədən ağrısı
- baş ağrısı
- yorğunluq
Oxşarlığın çox olması səbəbindən xəstəliklərin müəyyən edilməsi çətinləşə bilər. Tövsiyə olunur ki, hər hansı yoluxma əlaməti hiss etdikdə özünüzü təcrid edin və mütəxəssislərə dərhal müraciət edin!
Bizim.Media
- A-
- A
- A+
COP29
03:00 / 28.12.2020
Koronavirus və qripin fərqi nədir?
Hazırda oxunan: Koronavirus və qripin fərqi nədir?
Hazırda oxunan: Koronavirus və qripin fərqi nədir?
6573
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.