Bakı sakini döyülərək 2000 manatı əlindən alınıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə martın 17-də rayon ərazisində 3 nəfərin Bakı şəhər sakini O.Rzayevi döyərək 2000 manat pul tələb etmələri barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Mingəçevir şəhər sakinləri Ə.Nəsibov, S.Rəsulov və Bakı şəhər sakini F.Məmmədov müəyyən edilərək saxlanılıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:08 / 20.03.2022
Bakı sakinini 3 nəfər döydü – 2 min manatını əlindən aldılar
Hazırda oxunan: Bakı sakinini 3 nəfər döydü – 2 min manatını əlindən aldılar
Hazırda oxunan: Bakı sakinini 3 nəfər döydü – 2 min manatını əlindən aldılar
65729
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.