Masallıda arvadını öldürən şəxsdən XƏBƏR VAR

Masallıda arvadını öldürən şəxsdən XƏBƏR VAR

Hazırda oxunan: Masallıda arvadını öldürən şəxsdən XƏBƏR VAR

65720

Masallıda qətl törətməkdə təqsirləndirilən Rövşən Orucova hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Hazırda şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, hadisə 2021-ci il mayın 29-da Masallı rayonu ərazisində qeydə alınıb.

Belə ki, R.Orucov həyat yoldaşı Ruhiyyə Şükürovanı aralarında ailə-məişət zəminində baş veən mübahisə zamanı üzərində olan bıçaqla çoxsaylı zərbələr vuraraq öldürüb.

O, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

R.Orucovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO