Erməni terrorunun qurbanı olan Rafiq Babayevin anım günüdür - VİDEO

Erməni terrorunun qurbanı olan Rafiq Babayevin anım günüdür - VİDEO

Hazırda oxunan: Erməni terrorunun qurbanı olan Rafiq Babayevin anım günüdür - VİDEO

65599

Bu gün Azərbaycanın məşhur musiqiçisi, Xalq artisti, terror qurbanı Rafiq Babayevin anım günüdür.

Bizim.Media xəbər verir ki, dünyada Azərbaycan musiqisini, estrada və cazı təbliğ edən məşhur sənətkar 1994-cu il mart ayının 19-da Bakı metrosunda terror hadisəsi zamanı həlak olub.

Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilən partlayış, həmin gün Azərbaycan xalqından çox can aldı. Amma Rafiq Babayev kimi musiqiçinin həmin gün metrodan istifadə etməsi, həyatının bu şəkildə sona çatması çox ağrılı və sarsıdıcı xəbər idi.

Rafiq Babayev 57 yaşında idi. Hələ arzuları, Azərbaycan musiqisinə verəcəyi töhfələr, həyata keçirəcəyi layihələr aşıb, daşırdı. Düşmənin məkri bir sənətkarın həyatını paramparça elədi.

28 ildir ki, onu Azərbaycan estrada sənətində etdiyi yeniliklər, yetirdiyi istedadlı müğənni və musiqiçilərlə yad edirlər.

Maraqlı faktlardan biri odur ki, Rafiq Babayev dünyaya martda göz açmışdı. 1936-ci il martın 31-də Bakıda doğulmuşdu. Doğulduğu gün ermənilərin Bakıda və Azərbaycanın bir çox bölgələrində etdikləri mart soyqırımı, mart qırğınları ilə tarixə həkk olunmuşdu.

Dünyaya gəldiyi gündən, 57 il sonra yenə də dünyadan köçməsi mart ayına və erməni terrorunun qanlı hadisəsinə tuş gəldi.

31 martda doğuldu, 19 martda həlak oldu...

Yaşasaydı, bu gün 86 yaşlı, ömrünün ahıl çağını yaşayan sənətkar olacaqdı. 

Ölməz əsərlər yaradan Rafiq Babayevə və 19 mart terrorunun qurbanlarına Allah rəhmət eləsin!

Ülviyyə Həsənqizi, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO