Elton Məmmədov AMEA-dakı vəzifəsinə BƏRPA OLUNDU – Özündən AÇIQLAMA

Elton Məmmədov AMEA-dakı vəzifəsinə BƏRPA OLUNDU – Özündən AÇIQLAMA

Hazırda oxunan: Elton Məmmədov AMEA-dakı vəzifəsinə BƏRPA OLUNDU – Özündən AÇIQLAMA

65596

Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri Elton Məmmədov əvvəlki vəzifəsinə bərpa olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti bu barədə qərar verib.

Məlumatı Bizim.Media-ya Elton Məmmədovun özü açıqlayıb. Bildirib ki, o, mart ayının 28-də vəzifəsinin icrasına başlayacaq:

“Sərəncamım ötən gün verildi, vəzifəmə və fəaliyyətimə bərpa edildim. İnşallah 28-də işə çıxacam”.
 

MÖVZU İLƏ BAĞLI:

Elton Məmmədov məhkəməni uddu – Ona qarşı şikayət rədd edildi


Qeyd edək ki, Elton Məmmədov ötən il vəzifəsindən azad edilmişdi. Daha sonra o, AMEA-ya qarşı əmək münasibətləri üzrə mübahisələrlə əlaqəli məhkəmə iddiası qaldırıb. Məhkəmə isə onun işə bərpa olunması ilə bağlı qərar qəbul edib.

Məlumat üçün bildirək ki, Texniki Universitetdə  prorektor vəzifəsində çalışan Elton Məmmədov 27 noyabr 2019-cu il tarixindən AMEA Yüksək Texnologiyalar Parkına direktor kimi fəaliyyətə başlayıb. Daha sonra AMEA-nın prezidenti Ramiz Mehdiyevin 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə AMEA İşlər idarəsinin müdiri təyin olunub.

Ötən ilin aprel ayında isə Elton Məmmədov işdən çıxarılıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO