“Azəriqaz” İstehsalat Birliyi bu il ərzində respublika üzrə ən azı 10 min xüsusi qurğular ilə təchiz edilmiş “ağıllı” sayğacın tətbiqini nəzərdə tutur.
Bizim.Media xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, mərhələli şəkildə bütün Azərbaycanda bu cür “ağıllı” sayğacların (bu tip sayğaclar məlumatların məsafədən oxunulmasına, qazın verilişinin məsafədən dayandırılmasına və bərpa edilməsinə imkan verir – red.) tətbiqi davam edəcək.
Qeyd olunub ki, ağıllı sayğacların tətbiqinə 2021-ci ildə start verilib.
Xatırladaq ki, hazırda respublika ərazisində smart-kart tipli sayğaclardan da istifadə edilir. Yaxın bir neçə il ərzində “Azəriqaz” əvvəlcədən ödənişli smart-kart tipli sayğacların alınmasını dayandıracaq. (APA)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:26 / 18.03.2022
Qaz sayğacları ilə bağlı əhaliyə VACİB XƏBƏR
Hazırda oxunan: Qaz sayğacları ilə bağlı əhaliyə VACİB XƏBƏR
Hazırda oxunan: Qaz sayğacları ilə bağlı əhaliyə VACİB XƏBƏR
65512
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.